Məşhur aktrisa, model, aparıcı və yazıçı Oliviya Mann ağır onkoloji əməliyyat keçirib.
Medicina.az xəbər verir ki, bu barədə aktrisanın özü məlumat paylaşıb.
O, hər iki süd vəzisinin çıxarıldığını bildirib.
Məlumata görə, Hollivud ulduzuna aqressiv xərçəng diaqnozu qoyulub.
“Son 10 ayda 4 əməliyyat keçirdim. Yataqda keçirdiyim günlərin sayını itirmişəm. Mən diaqnozu gizli saxladım ki, insanlar məni xəstəxana xalatında görməsinlər”, - deyə aktrisa qeyd edib.
Xatırladaq ki, Oliviya Mann bir neçə gün öncə “Oskar” mükafatlarının təqdimetmə mərasiminə qatılıb. O, gecədə sevgilisi, komediyaçı Con Maleyni ilə birgə iştirak edib.
Qeyd edək ki, Oliviya Mann “Ocean's 8”, “The Predator”, “X-Men: Apocalypse” kimi filmlərdə ifa etdiyi rollarla yadda qalıb.
Aysel