Xərçəng xəstəliyinə tutulan amerikalı aktrisa Selma Bleyer sosial şəbəkədə xəstəlikdən sonrakı şəkillərini paylaşıb.
Medicina.az xəbər verir ki, 2018-ci ildə dağınıq skleroz diaqnozu qoyulan aktrisanın saçları tamamilə tökülüb, gözləri isə
zəifləməyə başlayıb.
Selma bu səbəbdən telefonla daha az vaxt
keçirdiyini bildirib.
Bir oğlu olan aktrisa kimyəvi terapiya alır. Selma tezliklə sağalıb işinin başına qayıtmaq istədiyini bildirib.