Malayziyada siçovul və insan "qarışığı"na bənzəyən məxluqun fotoları sosial şəbəkələrdə yayılandan sonra əhali təşvişə düşmüşdü. Az sonra bu məxluqun fotoları və videosu Facebook, İnstagram və Twitter-də dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla insan tərəfindən paylaşıldı.
Fotonu sosial şəbəkədə paylaşan şəxs bu məxluğa meşədə rast gəldiyini yazıb.
Məxluq siçovul bədənli, insan başlı körpəyə bənzəyir. Onun Malayziyanın mərkəzi bölgəsi olan Pahanqdakı meşəlikdə tapıldığı vurğulanıb: "O, canlı idi. Məxfi laboratoriyaya göndərdilər, orada isə öldü".
Malayziya Dövlət Polisinin rəhbəri general Datuk Rosli Əbdül Rəhmanın verdiyi açıqlamada bildirib ki, yayılan görüntülər saxtadır: "Həmin görüntülərdəki canlı yox, kukladır. Xahiş edirik ki, bu xəbəri yaymayın. Kimsə xaricdə aldığı oyuncağın fotosunu çəkib paylaşıb".