Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meşədə gəzmək təbii antidepressantdır

  • 2025.04.24 08:22
  • 94 Baxış
Meşədə gəzmək təbii antidepressantdır

Psixoloji narahatlıq, depressiya və apatiyanın təbii müalicəsi pasiyentin təbiətə inteqrasiyasıdır.


“Medicina” xəbər verir ki, endokrinoloq Zuxra Pavlova təbiətin psixikaya təsirindən danışıb.

“Təbiətdə gəzmək insanı təkcə stressdən deyil, həm də hormonal balanssızlıqdan qoruya bilər.


Xüsusən də parkda və ya meşədə gəzmək orqanizmdə stress hormonu kortizol səviyyəsini aşağı salır immunitet sisteminə müsbət təsir edir, buna fitonsidlər - bitkilərin ifraz etdiyi təbii antimikrob maddələr kömək edir. Həmçinin, meşədə narahatlıq azalır və idrak funksiyaları yaxşılaşır.


Nəzərə alsaq ki, xroniki stress insulin müqavimətinə, qalxanabənzər vəzin funksiyasının pozulmasına, kökəlməyə səbəb olan hormon balansını pozur, hətta gündə 20-30 dəqiqə təbiətdə (park, meşə, çay sahili) insanın sağlamlığına çox müsbət təsir edir və hormonal tarazlığı qoruyur”.


Aygün Musayeva