Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər Günü qeyd edildiFOTO

  • 2024.11.06 11:15
  • 472 Baxış
Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər Günü qeyd edildi FOTO
Mərkəzi Neftçilər Xəstəxanasında qarşıdan gələn Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.


Medicina.az xəbər verir ki, tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, müavinlər və xəstəxana əməkdaşları iştirak ediblər.
I Qarabağ Müharibəsi iştirakçısı, direktor Musa Abbasov tədbirdə çıxış edərək Zəfər Günü münasibətilə kollektivi təbrik edib.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti nəticəsində 44 gün ərzində qazanılan zəfərdən danışıb. Həmçinin Vətən müharibəsində qələbənin qazanılmasında Mərkəzi Neftçilər Xəstəxanasının kollektivinin də əməyini qeyd edib.

Daha sonra xəstəxananın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri dr. Elmir Əsgərov çıxış edərək müharibənin başladığı ilk gündən personalın könüllü səfərbər olaraq tam tibbi təchizatla birlikdə yaralılarımıza yardım üçün Gəncəyə A.Səhhət adına Xəstəxanaya yola düşmənlərindən, yaralılar üzərində keçirilən 900-ə yaxın uğurlu əməliyyatlarda personalın vətən qarşısında üzərinə düşən borcundan üzü ağ çıxmağından danışıb. İcra edilən həmin əməliyyatların siyahısı xəstəxananın "Cərrahi əməliyyatların qeydiyyatı jurnalı"nda qeyd edilərək xəstəxananın arxivində saxlanılır.

E.Əsgərov çıxışının sonunda ölkə başçısı cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və xəstəxana rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.


Tədbir Mərkəzi Neftçilər Xəstəxanasının Həmkarlar İttifaqı komitəsi tərəfindən xəstəxanada çalışan şəhid ailələri, veteranlar və Vətən müharibəsi zamanı yaralılara xidmət göstərən tibb personalına hədiyyələrin təqdim edilməsi ilə davam edib.

Yekunda kollektiv II Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları ziyarət edib və əklillər qoyulub.

Mərkəzi Neftçilər Xəstəxanasının bütün tibb heyəti Vətən uğrunda qəhrəmancasına Şəhid olanlarımızı hörmətlə anır, ailələrinə səbir diləyir, qazilərimizə isə cansağlığı arzulayır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!