Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mərkəzi Gömrük Hospitalın 15 illiyidir

  • 2023.12.25 15:31
  • 1093 Baxış
Mərkəzi Gömrük Hospitalın    15 illiyidir

Azərbaycanın ən məşhur xəstəxanalarından biri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalın yaranmasının 15 ili tamam oldu.


"Medicina" xəbər verir ki, Prezident İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində fəaliyyətə başlayıb.


Hospital ümumilikdə 300-dən çox nəfərlik peşəkar kadr heyəti və 4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşıb.



Mərkəzi Gömrük Hospitalında modernizasiya prinsipi əsas tutularaq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, tibb müəssisəsinə innovativ avadanlıqlar alınır və yeni peşəkar kadrlar yetişdirilir.

2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Hospitalın həyatında ilk dəfə olaraq həkim-rezidentlər üçün təlim proqramı təşkil edilib.



Aygün Musayeva