Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var

  • 2019.08.23 14:23
  • 3905 Baxış
 Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
Mərdəkan körpüsündən avtomobil aşıb. Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.