Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mənzildə köməksiz qalan sakin xilas edildi

  • 2020.03.03 09:13
  • 1888 Baxış
Mənzildə köməksiz qalan sakin   xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Medicina.az-a verilən məlumata əsasən, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.