Mensturasiya vaxtı qadınların duyğuları tez-tez dəyişir. Bu zaman qadınlar özlərini əsəbi, yorğun, halsız hiss edir. Bəzən isə qarışıq hisslər keçirirlər. Bəs mensturasiya zamanı qadınlar ən çox nə istəyir?
1) Şirniyyat
Hormonların təsiri ilə qadınlar aybaşı vaxtı faha çox şokolad, tort yemək istəyirlər. Bu sanki qadınları rahatlandırır və xoşbəxt edir.
2) Başa düşülmək
Adi həyatlarında sakit və pozitiv olan qadınlar belə aybaşı vaxtı əsəbi və gərgin ola bilirlər. Buna görə də onlar daha artıq qayğıya və anlaşılmağa ehtiyac duya bilərlər. Bu bir neçə günlükdür. Buna görə də həssas dönəmlərində qadınlarla ehtiyatla davranmaq lazımdır.
3) Sevişmək
Bəzi kişilər adət vaxtı qadınlara yaxınlaşmağa ehtiyat edirlər. Halbuki qadınlar aybaşı vaxtı daha çox qayğıya, diqqətə və sevişməyə ehtiyac duyurlar. Bu zaman cinsi əlaqədə olmasanız belə qucaqlaşın və ona qayğı göstərin.
4) Dincəlmək
Aybaşı sancıları bəzi qadınlar üçün çox yorucu ola bilər. Üstəlik ev qayğıları qadının enerjisini tamamilə alır. Buna görə də qadınların çoxu aybaşını yataqda keçirmək istəyirlər. Bu dövrdə ev işlərində ona kömək etmək qadını çox xoşbəxt edir.
5) Romantika
Adətən romantik filmlər izləməyi xoşlamayan qadınlar aybaşı vaxtı romantik film alüdəçisinə çevrilə bilərlər. Buna görə də yaxşı olardı ki, sevgilinizə yaxşı bir romantik film izləməyi təklif edərək onu xoşbəxt edəsiniz.
Arzu
Medicina.az