Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mensturasiya olan qadın hamilə qala bilərmi? - Ən çox verilən suallardan birinə CAVAB

  • 2019.02.04 10:30
  • 20525 Baxış
Mensturasiya olan qadın hamilə qala bilərmi? -  Ən çox verilən suallardan birinə CAVAB

 

Cinsi baxımdan sağlam bir qadının hamilə qalması üçün yumurta hüceyrənin yetişdiyi dövrdə qorumasız olaraq cinsi əlaqəyə girməsi şərtdir. Qadınlarda yumurta hüceyrənin yetişməsi menstruasiyanın ilk günündən hesabladıqda 14-16-cı günə təsadüf edir. 


 

Bəs mensturasiya vaxtı qorunmasız əlaqədə olduqda hamilə qalmaq mümkündürmü? 

 

Medicina.az-ın "Həkimə sualın var?" çat bölməsinə ən çox gələn suallardan biri bu olduğundan, əməkdaşlarımız mütəxəssis rəyləri öyrənib.


Ginekoloqlar deyib ki, bu suala dəqiq cavab vermək mümkün deyil. Çünki bütün qadınlar eyni funksiyaya malik orqanlara sahibdirlər. Ancaq hər qadının hormonları və metabolizmi fərqlidir. Bu səbəbdən də yumurta hüceyrənin yetişmə vaxtı fərqli ola bilər. Əksər halda 72 saata qədər canlı qalan spermotozoidlər bəzi qadınların bədənlərində daha uzun müddət qala və yumurta hüceyrəni mayalandıra bilərlər. Bəzi qadınlarda aybaşı qısa müddətli olur, qanama dayandıqdan sonra isə az-az bulantı müşahidə edilə bilər. Məhz bu ləkələrin olduğu dövrdə qorunmadan yaşanan cinsi əlaqə qadını hamilə qoya bilər.  


Bəzən cütlüklər aybaşından dərhal sonra "yumurta hüceyrənin yetişməsinə hələ çox var" deyə düşünərək əlaqəyə girib arzuolunmayan hamiləliklə qarşılaşa bilərlər.  


Çox nadir hallarda olsa da aybaşı vaxtı qorunmadan cinsi əlaqəyə girərək hamilə qalmaq da mümkündür. 


Arzu

Medicina.az