Balidə menstruasiya edən qadınlara məbədləri ziyarət etməyi qadağan olunur.
“Medicina” xəbər verir ki, İndoneziyanın Bali əyaləti müəyyən kateqoriyadan olan turistlərə dini məkanları ziyarət etməyi qadağan edib.
Bali səlahiyyətliləri turistlərə inadla xatırlatmaqda davam edir ki, “cənnət” adası qeyri-ciddi əyləncələr üçün yaradılmayıb və tətilinizi keçirəcəyiniz yerdə davranış qaydalarını bilmək yaxşı olardı.
Əgər bundan əvvəl Bali rəsmiləri müqəddəs ağacın yanında çılpaq foto çəkdirməmək və yerli əhalinin tanrı kimi pərəstiş etdiyi vulkana dırmaşmağı vurğulayırdılarsa, indi məbədləri ziyarətlə bağlı qadağa qoyulub. Balidə qadınların menstruasiya zamanı dini binalara girməmələrini açıqlandı.
Buna əsas səbəb aybaşı qanının “çirkli” hesab edilməsi və məbədi murdarlaya bilməsidir.
Qadağa müəllifləri bildirib ki, bu cür qaydalar təkcə hinduizmdə deyil, müxtəlif dinlərdə qədim zamanlardan mövcud olub. Və ümumiyyətlə, murdarlıq yalnız qadın orqanının təbii fizioloji prosesləri səbəbindən deyil, həm də məsələn, yaxınlarınızın ölümündən və ya bir uşağın doğulmasından sonra da ola bilər (bu ataya da aiddir).
Bununla belə, balililər qadınları qorxutmaq qərarına gəliblər və qeyd etdilər ki, menstruasiya zamanı müqəddəs bir yerə gəlsəniz, ağrı hiss edəcəksiniz, huşunuzu itirə bilərsiniz və tanrılar ciddi şəkildə qəzəblənəcək. Bununla belə, qaydalar qaydalardır və mütləq ev sahibi olan ölkənin qanunlarına hörmət etmək lazımdır.
Aygün M