Bu sual çoxlarını, təkcə qadınları deyil, həm də onların tərəfdaşlarını narahat edir. Menstruasiya zamanı cinsi əlaqəni əksər həkimlər qadağan edir.
“Medicina” xəbər verir ki, bir çox mədəniyyətlərdə və dinlərdə aybaşı murdarlıq hesab edilir. Menstruasiya diskomfort yaratdığı üçün qadınların bir qismi hətta gündəlik işlərindən də imtina edirlər.
Menstruasiya zamanı, uşaqlıqğın daxili təbəqəsi, endometrium qanın sərbəst buraxılması ilə ayrılır. Buna menstrual maye demək daha düzgündür, çünki bura həm də uşaqlıq boynu vəzilərinin selikli ifrazı, endometrium toxuması daxildir.
Menstruasiya zamanı serviks yumşalır və bir qədər açılır ki, axıdılma daha asan olsun. Buna görə də menstruasiya zamanı qorunmadan cinsi əlaqədə olmamalısınız. Bu dövrdə vaginadan gələn infeksiyaların uşaqlığa daxil olması daha asan olur. İmmunitet sistemi zəifləmiş və ya xroniki pelvik iltihabi xəstəliyi olan qadınlar xüsusilə risk altındadır.
Kişi də öz sağlamlığını riskə atır, çünki mikrob florası olan menstrual axınının uşaqlığa daxil olması səbəbindən uretrit inkişaf edə bilər. Üstəlik, iltihab sidik kisəsinə qədər gedə bilər. Bu hallardan adi prezervativ sizi xilas edəcək.
Menstruasiya zamanı sıx cinsi əlaqə qanaxmanın artmasına və çanaq ağrılarına səbəb ola bilər.
Əsasən ilk növbədə, ilk üç gün zamanı qadının çanaq nahiyəsində infeksion və ya iltihabi prosesləri yoxdursa, vaginada diskomfort və ağrı hiss etmirsə, menstruasiya zamanı cinsi əlaqə təhlükəli deyil.
Yaxınlıqdan əvvəl və sonra həm kişi, həm də qadın duş altında yaxşıca yaxalanmalıdır.
Sürtkü yağları və gellərdən istifadə etməyin, menstruasiya zamanı təbii yağlama sizin üçün kifayətdir. İdeal bir poza olaraq, "missioner" uyğun gəlir.
Lakin unutmaq olmaz ki, mensturasiya zamanı hamilə qalmaq riski də var.
Günay Quluzadə