Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Menstruasiya zamanı idman etmək olarmı?

  • 2023.08.03 16:00
  • 4395 Baxış
Menstruasiya zamanı idman etmək olarmı?

Menstruasiya zamanı məşq etməyin asimptomları ağırlaşdıra biləcəyinə dair bir fikir var, lakin bu, doğru deyil. Əslində, fiziki fəaliyyət daha yaxşı hiss etdirə bilər.

“Medicina” xəbər verir ki, məşq endorfinlərin təbii ifrazını tətiklədiyi üçün əhvalınızı yüksəldə və özünüzü daha yaxşı hiss edə bilərsiniz. Endorfinlər həm də təbii ağrıkəsicidir: onlar məşq zamanı sərbəst buraxıldıqda, xoşagəlməz simptomlardan xilas ola bilərsiniz.


Bir araşdırma, menstruasiya dövrünün ilk iki həftəsində (dövrün ilk günü menstruasiyanın ilk günüdür) qadın hormonlarının aşağı səviyyədə olması səbəbindən qadınların özlərini daha güclü və möhkəm hiss etdiklərini göstərdi. Ona görə də idmanla məşğul olmaq üçün çox yaxşı vaxtdır.


Ancaq menstruasiyanın ilk bir neçə günü ağrılı ola bilər. Bu zaman ağır qanaxma varsa, xüsusilə çətindir. Buna görə, daha yumşaq məşqlərə diqqət yetirə və ya əsas fəaliyyətlərin intensivliyini azalda bilərsiniz.

Yüngül gəzinti və ya digər yüngül kardio, qısa aerobika edin.

Yoqa və Pilates. Menstruasiya başlamazdan iki-üç gün əvvəlki günlər yoqa ilə məşğul olmaq üçün əla vaxtdır, bu bədəninizi rahatlamağa, döş həssaslığını və əzələ yorğunluğunu azaltmağa kömək edəcək.

Günay Quluzadə