Menstruasiya zamanı düzgün pəhriz ağrıların nisbətən aradan qaldırılmasına kömək edə bilər.
“Medicina” xəbər verir ki, mədə sıxılmaları, ürəkbulanma, həddindən artıq yemək və ya əhval dəyişikliyi bu dövr üçün xarakterikdir.
Pəhriz burada mühüm faktordur. una görə də, menstruasiya həftəsində bəzi qidalardan uzaq durmaq lazımdır.
Menstruasiya zamanı bu qidalardan imtina edin:
Ət - Yağlı ət hormonlarınıza mənfi təsir göstərə bilər. Buna görə də hamburger, dönər, kabab və bu kimi şeylərdən uzaq tutun.
Fast food – kartof fridən ilk növbədə imtina etmək lazımdır. Çünki, tərkibindəki trans yağlar estrogen səviyyəsini artırır. Bu, ağrıları daha da gücləndirə bilər.
Eləcə də köp problemi olan insanların menstruasiya zamanı kartofdan ümumiyyətlə imtina etmələri məsləhətdir.
Noxud və lobya şişkinliyə səbəb olurlar. Bəzi insanlar artıq menstruasiya zamanı qarın ağrısı ilə üzləşməli olduğundan, bu vəziyyəti daha da pisləşdirə bilər.
Kofeinli içkilər - Belə içkilər premenstrual sindromu (PMS) ağırlaşdıra bilər. Bunun nəticəsi əhval dəyişikliyi, mədə ağrıları və ya baş ağrıları ola bilər.
Cola, Fanta, Sprite və digər içkilər - menstruasiya zamanı şəkərli içkilər mədə üçün zərərlidir. Buna görə çay içmək daha yaxşıdır.
Həmçinin bütün taxıllar, qızılbalıq, yulaf, badam və ya soya südü, kətan toxumu yağı və ya ispanaq, kələm, darı, mərcimək, noxud və balqabaq toxumu kimi dəmirlə zəngin qidalar da daxil olmaqla, kömək edə biləcək bir neçə başqa qida da var.
Bu günlərdə sakitləşdirici çaylar için.
Günay Quluzadə