Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Menstruasiya zamanı ağrıların səbəbi - Bu normaldırmı?

  • 2023.04.11 16:02
  • 1749 Baxış
Menstruasiya zamanı ağrıların səbəbi   - Bu normaldırmı?
Menstruasiya zamanı ağrı normal deyil və dözülməməlidir.

“Medicina” xəbər verir ki, ginekoloqların fikrincə, qadınların ağrı hiss etməsinin və onları nəyin gücləndirə biləcəyinin səbəbləri vardır.

Həkim ginekoloq Yuliya Verbovaya bildirdi ki, "menstruasiya zamanı ağrıdan əziyyət çəkmək adi bir şeydir" fikrinə bir çox qadınlar inanır. Düşünürlər ki, təbiət bunu belə nəzərdə tutub.

Amma əslində, şiddətli ağrıların səbəbi qadınların bilməli olduğu ciddi patologiyalar ola bilər.

Tibb elmində buna ağrılı dövürlər “dismenoriya” deyirlər. Ağrı menstrasiyadan 1 – 2 gün əvvəl və ya menstruasiya zamanı başlaya bilər. Sonra 12 – 72 saat ərzində tədricən azala bilər.

Təbiətinə görə, çəkmə, ağrı, kramp şəklində ola bilər, qarnın aşağı hissəsində, göbəyin üstündə, aşağı arxa və ayağa verilə bilər.

Dismenoreya iki növdür - birincili və ikincili olur.

İlkin dismoreya heç bir səbəb olmadan baş verir. Yəni, ağrının özündən başqa, həkimlər müayinə zamanı və analizlərin, ultrasəs müayinələrinin nəticələrinə görə heç bir xəstəlik tapmırlar. Ağrını artıran amillər isə siqaret çəkmək, uzunmüddətli stress, psixoloji qeyri-sabitlikdir.

Menstruasiya zamanı ağrı ilə yanaşı, qadında həddindən artıq əsəbilik, yuxululuq və ya yuxusuzluq, qoxuya qarşı dözümsüzlük, dad dəyişməsi, ürəkbulanma, qusma, titrəmə, qızdırma, ağızda quruluq, şişlik, tez-tez sidiyə getmə, şişkinlik, ətrafların uyuşması, baş ağrısı, başgicəllənmə, huşunu itirmə halları olur.

İkinci dismenoreya halında isə adenomiyoz, endometrioz, mioma, qarın boşluğunda yapışan proseslər, iltihablı xəstəliklər, menstrual qan axınının pozulması kimi xəstəliklər səbəb ola bilər. İkinci dismenoriya halı əsas dah böyük yaş dövründə, 25 yaşdan yuxarı baş verir.

Ağrı yalnız menstruasiya zamanı deyil, həm də onlardan sonra baş verə bilər - dövrün ortasında, cinsi fəaliyyət zamanı, tualetə gedərkən.

İlkin dismenoriyada ağrıların azaldılması üçün yoqa, akupunktur, neyromiyostimulyasiya, psixoterapiya, B, E, D vitaminləri, yağ turşuları, zəncəfil olan və yağlı, ədviyyatlı, duzlu qidaları istisna edən bir pəhriz, NSAİİ preparatları, oral kontraseptivlər (COC) ən təsirli seçimdir.

Günay Quluzadə