Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Menstruasiya vaxtı düzgün olmayan qadınlar təhlükədədir– SƏBƏB

  • 2019.10.17 20:40
  • 7729 Baxış
Menstruasiya vaxtı düzgün olmayan qadınlar təhlükədədir–  SƏBƏB
Qeyri-requlyar menstruasiya qadınlar üçün risk daşıyır. Alimlər hesab edir ki, vaxt və davamlılıqda pozulmalar gizli gedən ciddi xəstəliklərin səbəbi ola bilər.


Medicina.az xəbər verir ki, Harvard alimləri yeni tədqiqatlarının nəticəsini Amerika ictimaiyyətinə təqdim edib.


Onlar 93 775 nəfər müxtəlif yaşlarda qadınların məlumatlarını analiz edib. Arxiv 1991-2013-cü illəri əhatə edirdi.

14-17, 18-22, 28-47 yaş arası qadınlar öz menstrual tsikləri barədə məlumatları verib. 


Məlum olub ki, müntəzəm olmayan menstruasiya, gah tez, gah gec başlaması, menstruasiya arası dövrün uzun olması qadınlarda erkən və qəfil ölümün ilkin siqnallarından biridir.


Belə ki, 18-28 yaş arası menstruasiya vaxtı pozulmuş qadınlarda istənilən səbəbdən erkən ölüm halları müntəzəm aybaşısı olan qadınlardan 35% çox olmuşdur. 


Çox uzun müddət pauzası olan qadınlarda, yəni 28 gündən sonra  yox, 35-38-40 gündən sonra menstruasiya olanların da qocalmadan ölmə riski 28% çoxdur. 

Xüsusən bu qadınlarda ürək-damar və xərçəng xəstəlikləri çox rast gəlinir.


Ona görə də pozulmuş menstruasiya tsikli və normada 28 gün ərzində görünməyən menstruasiya gizli problemlərin simvoludur. Bu pozulmalar ən adi halda polikistoz, endometrioz, iltihab, qalxanvari vəz xəstəliyi və ginekoloji şişlər yaradır