Normal menstruasiya reproduktiv sistemin düzgün işləməsinin ən vacib göstəricilərindən biridir.
“Medicina” xəbər verir ki, uzun fasilələrəl baş verən menustrasiya isə orqanizmdə baş verən pozuntuların əlamətləridir.
Həkim ginekoloq Nataliya Bojenko bildirir ki, normada menstrual dövrü 21-35 gün davam edir, menstruasiya tezliyi ildə ən azı 9-dur.
Əgər menstruasiya nadir hallarda baş verirsə, buna oliqomenoreya deyilir. Reproduktiv yaşda olan qadınlarda onun tezliyi 8-22% təşkil edir.
Fasilələrlə olan menustral tsiklin səbəbləri aşağııdakılardır:
• dövrü tənzimləmə sisteminin pozulması;
• prolaktin səviyyəsinin artması;
• polikistik yumurtalıq sindromu;
• həddindən artıq fiziki fəaliyyət;
• vaxtından əvvəl yumurtalıq çatışmazlığı;
müxtəlif endokrin xəstəliklər: tiroid vəzin patologiyası, adrenal korteks; həmçinin, bu patologiyalarda menstruasiya tamamilə olmaya bilər.
Oliqomenoreya estrogen istehsalının azalması ilə müşayiət oluna bilər, menstruasiya 6 aydan çox olmadıqda isə estrogen çatışmazlığı diaqnozu qoyulur.
Menstruasiya dövrünün qısaldılması və ya asiklik qan axıdılması həm endometrium patologiyası (hiperplaziya, poliplər), dövrün luteal fazasının çatışmazlığı ilə, həm də normal olaraq – menopauza yaxınlaşdıqda yaşlı qadınlarda mümkündür.
Uzun müddətli estrogen çatışmazlığı sümük mineral sıxlığının azalmasına səbəb olur, müvafiq olaraq sınıq riskini artırır. Selikli qişalarda dəyişikliklər, dərinin və saçın keyfiyyətinin azalması da baş verir.
Menstruasiya dövrünün pozulmasının səbəbini aydınlaşdırmaq və dəyişikliklər geri dönməz hala gələnə qədər onun düzəldilməsi üçün əlavə müayinə və müalicə lazımdır.
Aynurə Məmmədova
8 ay menuzdrisiya olmuram