Bəzən qadınlarda menstruasiyada gecikmə halları baş verir. Bu isə qadınlar üçün çox böyük narahatlığa səbəb yaradır.
Medicina.az xəbər verir ki, bu hal müxtəlif səbəblərdən yarana bilər. Əksər zaman ilk ağıla gələn hamiləliyin baş tutmasıdır, ancaq bu hal uşaqlıqda yaranan problemin xəbərçisi də ola bilər. Ümmiyyətlə hormonal pozuntular, əhvalınızın kəskin dəyişməsi də buna təsir göstərə bilər.
2 menstruaiya aralığı neçə gün olmalıdır?
Normal zamanlama səhhət baxımından çox vacibdir. Aradan keçən müddəti nəzarət altına almalısınız. Normal hal 21, ən çox 35 gündən bir olan menstruasiyadır.
Bəs menstruasiya nə üçün gecikir?
Erkən klimaks
45-55 yaşları arasında qadınlar klimaks dövrünə daxil olurlar. Yumurtalığın fəaliyyətinin azalması ilə bağlı yaranan bu vəziyyət menstruasiyanın gecikməsinə və hatta birdəfəlik kəsilməsinə səbəb yaradır.
Tiroid problemləri
Tiroid vəzləri vücuddakı hormon səviyyələrinə təsir göstərir. Norması artdıqda və ya əksildikdə gecikmə halları yarana bilər.
Bunun üçün təcili endokrinoloqa müraciət etməlisiniz.
Hamiləlikdən qorunmaq üçün qəbul edilən dərmanlar
Adətən hamiləliyin qarşısını almaq üçün qəbul edilən dərmanlar bəzən əks göstərişlər verir. İçən və ya artıq istifadə etməyən şəxslərdə hormonal pozğunluqlar yarana bilər.
Belə dərmanlar mayalanmanın qarşısını alaraq gecikməyə səbəb ola bilər.
Stress
Beynin hormonları qaydaya saldığı qismi stresdən təsirlənə bilər və nəticədə yumurtalıqlara təsir göstərən bu problem menstruasiyanı gecikdirə bilər.