Təbii antibiotik olan soğan tam bir şəfa mənbəyidir.Soğanın suyu da özü qədər faydalıdır.
Medicina.az xəbər verir ki, soğan xərçəng hüceyrələri ilə mübarizə aparır, ürək sağlığını qoruyur, alergiyaya müsbət təsir edir,infeksiyaların qarşısını alır, dəri üçün faydalıdır. Bütün bunlardan başqa soğan suyunun qadınlar üçün xüsusi bir xeyri də var.
Belə ki, bu şəfa mənbəyi qadınlara menstruasiya dövründə çox kömək edir. Bəzi hormonal problemlər bir çox qadının menstruasiya dövrünün gecikməsinə səbəb olur. Belə olduqda qadınlar evdə özlərini müalicə edə bilərlər.
Menstrual pozulmaları normal vəziyyətinə döndərmək üçün qadınların çoxu bu üsuldan istifadə edir.
Ən yaxşı nəticəni əldə etmək üçün ən azı altı aydan bir 15 gün davamlı içmək lazımdır.Bu müddətdə eyni saatda davamlı istifadəsi 3-4 gün sonra effekt verəcək.Lakin bu hır qadının orqanizminı görə fərqlənə də bilər.
Hazırlanması:
Bunun üçün 1 ədəd orta ölçülü soğan və 2 stəkan su lazımdır. Soğanları kəsərək suya əlavə edin. 5 dəqiqə ağzı bağlı şəkildə qaynadın. Daha sonra götürüb,soyudun. Soyuduqdan sonra suyu süzüb için. İlk 15 günlük istifadədən sonrakı 4 ay müddətində mensturasiya dövrünə təqribən 10 gün qaldıqda içmək məsləhətdir.
Qeyd edək ki, bu qarışımın hər gün üçün yenisi hazırlanmalıdır.