Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Menstruasiya haqqında 5 vacib suala cavab - Niyə bəzi qadınlarda ağrı olur, bəzilərində yox?

  • 2018.10.31 18:44
  • 29154 Baxış
Menstruasiya haqqında 5 vacib suala cavab -  Niyə bəzi qadınlarda ağrı olur, bəzilərində yox?

Çox qızları, qadınları hər ay üzləşdikləri adət prosesi ilə bağlı suallar həmişə narahat edir. Çoxu həkimə bu sualları verməyə utanır, çoxu isə ordan-burdan eşitdiyi miflərə inanır.


Medicina.az menstruasiya haqqında 8 ən aktual suala rusiyalı ginekoloq-həkim, elmlər namizədi Svetlana Milenovanın cavablarını təqdim edir.

 


1.Menstruasiya zamanı çox qan itirirəm, bu hemoqlobini sala bilər?


Əslində menstruasiya zamanı dəqiq neçə ml qan itirildiyini heç bir aparat, heç bir mütəxəssis hesablaya bilməz. Adətən qadınlar öz aralarında, çay qaşığı ölçüsü ilə deyir. 5-12 çay qaşığı bütün menstruasiya zamanı. Normal olataq ən çox səsləndirilən rəqəm 80 ml-dir.

 

Amma biz bezlərə diqqət etməyi məsləhət görürük. Əgər 2-3 saatdan bir bez dolursa və dəyişirsizsə, o zaman ginekoloqa müraciət edib müayinə olunmaq lazımdır. Güclü qanaxma endometriya daxilində ciddi patologiya, mioma, hormonal disfunksiya, şişlərə işarət ola bilər.

 

Bu cür qanaxmalar təbii ki, anemiya, hemoqlobin azlığına səbəb ola bilər. Bu problemdə genetik amillər də nəzərə alınmalıdır ki, çünki anadan qıza menstrual tsikl özəllikləri ötürülür.


2.Nəyə görə PMS ( menstrual öncəsi sindrom) bəzilərində ağrılı və çətin keçir, bəzilərində ağrısız?


Menstruasiya zamanı qarın bölgəsində aşağı dartıcı, küt ağrı, yüngül sancı, diskomfort olması normal fizioloji haldır. Yox əgər siz hər menstrusiya zamanı ağrıkəsicilərlə yaşayırsızsa, ikiqat yığılıb qalırsızsa, işə gedə bilmirsizsə, təcili yardım çağırırsızsa, o zaman həkimə getməlisiz. Bu simptomlar aşağı çanağın varikozu və endometrioz xəstəliri zamanı olur. Həmçinin kök qadınlarda, menopauza dövrünə qədəm qoyan qadınlarda ağrılar güclənir.


PSM hər qızda fərqlidir, genetikadan, həyat tərzindən, psixoloji faktorlardan, hətta yaşadığı yerdən də asılıdır.  Böyük şəhərlərdə, paytaxtda yaşayan qadınlarda PMS daha ağır keçir, nəinki əyalətdə yaşayanlar. Ona görə PMS sindromunu yaradan faktlar o qədər çoxdur ki, onun üzərində dayanmaq belə önəmsizdir. 


3.Menstruasiya zamanı intim əlaqə olar, ya yox?


İndi qərb həkimləri birağızdan deyir ki, nəinki olar, hətta vacibdir. Amma təbii ki, qoruyucu ilə. Menstruasiya zamanı bakterial infeksiyalara qadın orqanizmi çox həssasdır və açıq qapıdır. 


Amerika Ginekoloqlar Konqresinin məlumatlarına görə, vaginal pH səviyyəsi menstruasiya zamanı çox artır, göbələklər həddən artıq çoxalır.  Ona görə lateks kontraseptivlərdən istifadə edin. 


Menstruasiya dövründə qadının estrogen hormonları rekord dərəcədə enir, ona görə qadınlarda yüksək cinsi həvəs, qaynar hisslərə tələbat yaranır. Bu günlərdə çox qadınlar seksin qadağan olunmuş növlərinə maraq göstərir, odur ki, bu məqam kişilərə daha çox sərfəlidir.


Lakin keçmiş sovet həkimləri və Rusiya ginekoloqları hələ də, bu suala ehtiyatla yanaşır. Çünki əlaqə zamanı geri qayıdan qan və laxtası endometrioz yaranmasına səbəb ola bilər. 

 



4.Nəyə görə menstruasiya zamanı üzdə sızanaq və səpki çıxır?


Ümumilikdə müxtəlif tip səpkilər yaxınlaşan qanaxmanın zahiri əlamətidir. Bu ərəfədə estrogenin aktivliyi azalır, bu hormon isə dəridə piy vəzilərinin fəaliyyətini tənzimləyir. Progesteron hormonu isə artır. Ona görə piy ifrazı artır, vəzilərin işi yavaşıyır və dərialtında yığılıb sızanağa çevrilir.  Üstəlik həmin ərəfədə stress,gərginlik də dərinin müdafiə qatını pozur. 


5.Bəzi qızlarda 9-10 yaşında menstrusiya başlayır, bu normaldır?


Menstruasiyanın başlanması artıq bir insanın yetkinlik yaşına başlaması və hormonal qurulmasının tamamlanmasını göstərir. Amerika ürək assosiasiyasının yeni araşdırmasına görə, erkən, 10-11 yaşında və 17 yaşdan sonra menstruasiya görən qadınlarda ürək-damar, insult, arterial təzyiqlə bağlı xəstəlikləri riski çoxdur.

 

Ona görə əgər qızınızda 10 yaşında menstruasiya başlayırsa, ginekoloq və endokrinoloqa müraciət etməyiniz vacibdir.

Menstruasiya haqqında 5 vacib suala cavab -  Niyə bəzi qadınlarda ağrı olur, bəzilərində yox?