Əgər menstruasiya dövrünü çətin keçirirsinizsə, mütəxəssislərin məhz həmin günlər üçün nəzərdə tutduqları 5 tövsiyəyə əməl etməlisiniz.
Medicina.az xəbər verir ki, aşağıdakı tövsiyələrə əməl edərək bundan sonra menstruasiya günlərinizi problemsiz ötüşdürə bilərsiniz:
Duzu azaldın
Menstruasiya zamanı bədəndə daha çox maye yığılır və ödem əmələ gəlir. Bu səbəblə duzu mümkün qədər azaldaraq şikayətlərinizi minimuma endirə bilərsiniz.
Yaxşı qidalanın
Menstruasiya zamanı bədəndə azalan dəmir, maqnezium və B6 vitaminini əvəz etmək üçün yağsız qırmızı ət, yumurta, toyuq və balıq istehlak etməlisiniz. C vitamini dəmirin udulmasını artırdığı üçün qırmızı ət, toyuq və yumurta yeyərkən 1 stəkan təzə sıxılmış portağal şirəsi, bol C vitamini qaynağı olan pomidor və cəfəri istehlak etmək faydalıdır.
Şokolad yeyin
Menstruasiya zamanı maqnezium miqdarının azalması şirniyyata olan həvəsi artırır. Kalsiumla birlikdə istehlak edildikdə sakitləşdirici təsir göstərən maqneziumu yüksək miqdarda kakao ehtiva edən tünd qara şokoladdan əldə edə bilərsiniz.
Şokoladı ilıq südlə istehlak etmək daha da yaxşı təsir göstərəcək. Ancaq yediyiniz şokoladın miqdarına və keyfiyyətinə diqqət edin.
Banan yeyin
B6 vitamininin kifayət qədər qəbulu sinir sisteminizə müsbət təsir göstərir. Menstruasiya zamanı yaşanan gərginliyi və stressi azaltmaq üçün B6 vitamini ilə zəngin qidalar yeyə bilərsiniz. Balıq, toyuq, soya məhsulları, brokoli, banan, yerkökü, yumurta, avokado, ispanaq bu qidalara misal göstərilə bilər.
Hərəkət edin
Menstruasiya dövrü üçün xüsusi hazırlanmış yoqa videolarından faydalanmaq olar. Eləcə də yüngül gəzintilər edə bilərsiniz.
Qısa və yüngül templə edəcəyiniz bu növ fəaliyyətlər ürək döyüntünüzü artıraraq qan axınını tənzimləyəcək, həmçinin əhval-ruhiyyəni yaxşılaşdıran hormonlar ifraz edərək özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək.
Özünüzü isti saxlayın
Menstruasiya zamanı bədənimiz normaldan daha soyuq olur və istiliyə ehtiyac yaranır. İlıq duş, təzə dəmlənmiş bitki çayları, isti şokolad, ayaqlarınıza və ya qarnınıza qoya biləcəyiniz isti su qabları yaxşı təsir edəcək.
Tədqiqatlar göstərir ki, istilik menstrual ağrıları aradan qaldırır və əhval-ruhiyyəni yaxşılaşdırır.
Hobbilərinizə vaxt ayırın
Menstruasiya zamanı əhvalınızı yüksək tutmalısınız. Sevdiyiniz filmi və ya serialı təkrar izləyə, sizə yaxşı təsir edən kitabları oxuya, sevimli məşğuliyyətinizə vaxt ayıra, masaj və aromaterapiya yağlarından yararlana bilərsiniz.
Aysel