Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Menopauzada olan qadınlar bunları yesin

  • 2022.10.10 16:46
  • 1699 Baxış
Menopauzada olan qadınlar bunları yesin


Bir sıra qidalar menopauza simptomları ilə mübarizə apara bilər.


"Medicina" xəbər verir ki, qadınlarda menopauza dövründə başda duman, sümük-oynaq ağrıları, istilik tərbasmalar və s. olur.

Bunları azaltmaq üçün bəzi ərzaqlar və içkilər seçilməlidir.

Ginekoloq Tatyana Koledova estrogen və progesteron azaldığı üçün bu hormonların bitki analoqlarını qəbul etmək lazımdır.

Qadınlar bu ərəfədə maqniylə zəngin qidalar yeməlidir.
Banan, avokado, ispanaq, kahı, mərci, qoz, toxumlar.

Bərkimiş oynaqları yumşaltmaq üçün bol su içməli, Omeqa 3 ilə zəngin balıq, bitki yağı, küncüt, kətan toxumu, qoz yeməlidir.

Eləcə də sarıkök, zəncəfil, darçın, sarımsaq, bitki çayları, bulyon yaxşı təsir edir.

Kalsium və D vitamini ilə zəngin qidalar çox olmalıdır: iriyarpaqlı tərəvəzlər, taxıl, paxla, yumurta, balıqlar.

Bu qadınlar maqniy, fol turşusu, dəmirin normada olmasına diqqət yetirməlidir.

Aygün Musayeva