Qadın
Sağlamlığı Təşəbbüsü (WHI) menopauza dövründə olan qadınları araşdırıb. Nəticəyə
görə, bu dövrdəki qadınlar arasında müntəzəm
olaraq xəfif məşq edənlərin sümüklərində
sınıq riski, etməyənlərə nisbətən daha az olduğu məlum olub.
Medicina.azxəbər verir ki, araşdırma ABŞ-ın 40 tibb mərkəzində qeydiyyatdan keçmiş 50-79 yaş arasındakı 77 mindən çox qadınlarda aparılıb.
Onların 14 illik sağlamlıq məlumatları təhlil
edilib. Bu işdə qadınların idman hərəkətləri,
nə qədər hərəkətli olduqları və sümük
qırıqları arasındakı əlaqə araşdırılıb.
Tədqiqat, gəzintiyə çıxan və ev işləri görərkən müntəzəm hərəkətdə olan qadınların daha az sümük sınığı ilə
qarşılaşdıqlarını bildirilib.Əksinə gündə
9-10 saat saat oturan və ya uzanan
menopauza dövründəki qadınlarda isə sümük
sınığı digərlərindən 10 dəfə daha
çoxdur.