Bir çoxumuz menopauza ilə klimaks dövrünü və mənasını eyni bilirik.
Ümumiyyətlə, hər iki terminin mahiyyəti eynidir: onlar qadının yumurtalıqlarının fəaliyyətini və cinsi hormonların istehsalını dayandırdığı dövrə aiddir.
“Medicina” xəbər verir ki, ginekoloq Yekatirina Volkova klimaksla menopauzanın fərqlərini sadalayıb.
“Əslində bu müəyyən bir yaşda baş verən menstrual funksiyanın sona çatması faktıdır. Qadının həyatının hansı mərhələsində olduğunu demək istədikdə “menopoz” deyirik.
• Klimaks qadın orqanizmində baş verən, reproduktiv funksiyanın dayandırılmasına işarə edən simptomlar kompleksidir. Bunlar temperatur, tərləmə, yuxunun pozulmasıdır.
Ona görə də biz deyirik: “Gəlin, klimaksı müalicə edək” və ya “Gəlin, menopozun təzahürləri ilə mübarizə aparaq”. Ancaq necə adlandırılmasından asılı olmayaraq, müalicə almaq vacibdir "
Yeri gəlmişkən, kişilərdə klimaksa oxşar şərtlər var. Bunu yaşa bağlı androgen çatışmazlığı və ya andropoz adlandırırlar. Bu əsas kişi cinsi hormonu - testosteronun səviyyəsinin azalması ilə əlaqələndirilir”.
Aynur Məmmədova