İnsan orqanizminin kaprizləri bitmək-tükənmək bilmir. Bu gün nəfsimiz bir şey istəyir, sabah başqa bir şey. Bəzən şirin, bəzən duzlu, bəzən də turş dadı verən qidaya tamah salırıq. Heç düşünmüsünüzmü, bunun səbəbi nədir? Bəlkə bu, hansısa gizli bir xəstəliyin əlamətidir?
Alimlər bu halın əsasən orqanizmdə bir sıra qidalı maddələrin, vitamin və mineralların çatışmazlığından irəli gəldiyini sübut edib. Hər hansı bir dada ehtiyac duymaq hansısa bir xəstəliyin əlaməti də ola bilər.
Medicina.az insanın tamahının düşdüyü məhsullara görə orqanizmindəki problemləri tapmağın yollarını təqdim edir:
Əgər şokolad istəyirsinizsə, deməli sizin orqanizminizdə maqnezium çatışmır. Bu zaman yaxşı olardı ki, günəbəxan tumu, qoz, avakado, banan, qatıq, qarabaşaq yeyərək bədəninizin tələbatını ödəyəsiniz. Maqnezium çatışmazlığına dünya əhalisinin təxminən 75%-də rast gəlinir. Başlanğıcda maqnezium çatışmazlığı 2-ci tip şəkərli diabet, osteoporoz, astma kimi bir sıra ciddi patologiyaların yaranmasına səbəb ola bilər.
Çörək və un məmulatları: əgər canınız un məmulatı istəyirsə, deməli sizin orqanizminizdə azot çatışmır. Buna görə də zülalla zəngin qidalar qəbul etməlisiniz. Məsələn: bütün ət növləri, balıqlar, paxlalılar, kartof, çərəzlər bu qidalara aiddir. Azot çatışmazlığı dəri rənginin dəyişməsinə, əzələ kütləsinin azalmasına və bir sıra infeksiyaların yaranmasına səbəb ola bilər. Bu üzə çıxan əlamətlərdən sadəcə bir neçəsidir.
Yağlı qida istəyirsinizsə deməli orqanizminizdə kalsium çatışmır. Belə olan halda çalışın ki, qida rasionunuza brokkoli, pendir, küncüt, paxlalılar, süd və süd məhsullarını daxil edəsiniz.
Düzlü balıq istəyirsinizsə, o zaman bədəninizdə xlorid maddələri çatışmır. Keçi südü için, balıq yeyin və dəniz duzu işlədin. Belə olduqda bu kimyəvi birləşmələrin çatışmazlığını nisbətən aradan qaldıra bilərsiniz.
Limon istəyirsinizsə deməli orqanizminizdə C vitamini və kalium duzlarının əksikliyi var. Bundan başqa, bu əlamət immunitet zəifliyindən də xəbər verir.
Yanmış çörək yemək istəyirsinizsə deməli sizdə kömür əskikliyi var. Bu halda yanmış nə isə yemək əvəzinə, təzə meyvə yesəniz daha yaxşı olar.
Hər şeydən çox miqdarda istəyirsənizsə, o zaman sizin orqanizminizdə kremni, triptofan və tirozin əksikliyi yaşanır. Kremni günnəbaxan tumunda, çərəzlərdə bol miqdarda olur. Triptofan alfa-amin turşusu isə qaraciyər, pendir, ispanaq, batat, kişmişin tərkibində olur. Aromatik alfa amin turşusu olan tirozin isə yaşıl, qırmızı və sarı rəngli bütün meyvə-tərəvəzlərin tərkibində var.
Qətiyyən yemək istəmirsinizsə, o zaman bədəninizdə B1 və B2 vitamini çatmır. Bu vitaminlər çərəzlərin, balıqların, paxlalıların tərkibində bol miqdardadır.
Əgər özünüz də bilmirsinizsə ki, nə istəyirsiniz, o zaman bu təhlükəlidir. Çünki bu əlamət sizin hansısa bir xəstəliyinizi siqnalı ola bilər.
- yediyiniz yemək sizə həmişə duzsuz gəlirsə, deməli orqanizminizdə iltihabi proses gedir.
- daima turş bir şey yemək istəyirsinizsə, bu, mədədə olan qastritdən və ya soyuqdəymədən xəbər verir.
- Daima acı bir şey istəmək isə orqanizmin zəhərlənməsinin əlamətidir.
- Daima şirin bir şey yeməyə ehtiyac duymaq hissi isə depressiyadan, pis əhval-ruhiyyədən, yuxu pozğunluğundan xəbər verir. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Yaxşı olardı ki, şirin qidaları təzə və quru meyvələrlə əvəz edəsiniz.
Arzu Mirzəyeva
Medicina.az