Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Məndən xəstə uşağımı öldürməyimi istədilər" - FOTO

  • 2018.04.04 23:54
  • 12862 Baxış
"Məndən xəstə uşağımı öldürməyimi istədilər"  - FOTO
Fiziki məhdudiyyətli şəxslərin haqlarının müdafiəçisi olan Natali Uiverin 9 yaşlı  Sofiya adlı qızı nadir xəstəlikdən əziyyət çəkir. O, doğulduğu gündən bir çox əməliyyat keçirib. Danışa bilməyən, göz təması və qırıq səslərlə ailəsi ilə ünsiyyət qurmağa çalışan Sofiya çox çətin həyat yaşasa da, güclü qadındır.


Medicina.az xəbər verir ki, uşaq üzü, əlləri və ayaqlarında deformasiyalarla doğulub. 1 yaşında isə uşağa Rett sindromu diaqnozu qoyulub. 


İnternet istifadəçiləri Sofiyaya həqarət edir və uşağın ölməli olduqlarını yazır. 


Anası Natali isə bu internet istifadəçilərinə qarşı hərəkat başladıb. O, CNN-ə verdiyi müsahibəsində uşağının bu günə kimi 22 əməliyyat keçirdiyini, aparatlara bağlı şəkildə yaşadığını deyib. Ana bütün bunlara baxmayaraq qızının mükəmməl olduğunu, amma internetdə bəzi istifadəçilərin pis sözlər işlətdiyini də vurğulayıb. 


İnternetdə qızına və uşağına qarşı təzyiq və təhqirlərə vərdişli olan Natali "İnsanlar incitmək üçün əllərindən gələni edir. Məndən uşağımı öldürməyimi və onu belə yaşayışdan xilas etməyimi istəyirlər” deyib. 


Lakin onu ən çox qəzəbləndirən şey abortun yaxşı bir şey olduğunu ifadə edən tvit olub. Qadın qızı ilə birlikdə fotosunu paylaşaraq və medianın gücündən istifadə edərək hərəkat başladıb. O, insanlardan təhqir dolu tviti şikayət etmələrini istəyib. 


Bütün bunlardan sonra tvitterin məsul şəxsləri Natalidən üzr istəyib və şikayət edilən tvit silinib. Tviti atan hesab isə tamamilə bağlanıb. 


Tvitter artıq fiziki məhdudiyyətli şəxslərə qarşı təhdid və nifrət dolu fikirlərin də qadağalar arasına salındığını açıqlayıb.

 

"Məndən xəstə uşağımı öldürməyimi istədilər"  - FOTO