Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mən insanların bu reseptlə necə şəfa tapdıqlarının şahidi oldum - Məşhur həkim

  • 2022.05.09 17:50
  • 3530 Baxış
Mən insanların bu reseptlə necə şəfa tapdıqlarının şahidi oldum -  Məşhur həkim
"Bu, möhtəşəm bir reseptdir. Mən insanların bu reseptdən istifadə edib necə şəfa tapdıqlarının şahidi oldum".


Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bir neçə xəstəliyin müalicəsində olduqca faydalı olan qarışımın reseptini bölüşüb.

Hazırlanması:

2 orta xörək qaşığı (böyük qaşıq olmasın) boymadərən, 2 orta xörək qaşığı (böyük xörək qaşığı olmasın) dağtərxunu 1 litr soyuq suya qarışdırıb yavaş-yavaş isidib 2 dəqiqə qaynadın, sonra 2 saat gözləyib yenidən isidib adi çay kimi 10 dəqiqə dəmləyin. Oddan götürdükdən sonra ilıq olana qədər gözləyib sonra 2 xörək qaşığı bal qarışdırın, soyuyandan sonra bu bir litri gün ərzində için. Həm yeməkdən əvvəl, həm də yeməkdən sonra içə bilərsiniz. Müalicə müddəti 1 aydır. 15 gündən sonra təkrar içmək mümkündür.

Faydaları:

Həkimin sözlərinə görə, tərkibində bal olmasına baxmayaraq bu qarışım mədə-bağırsaq yaraları, (qastrit, kolit) mədə, bağırsaq, mədəaltı vəz xərçəngi, bağırsağın xora xəstəliyi zamanı (qeyri spesifik xoralı kolit) şəkər xəstələrinə olduqca əla təsir edir (hər ehtimal şəkər xəstələrinə balı 1 xörək qaşığı qarışdırmaq məsləhət görülür).

Bağırsaq qurdları (askarid, enterobioz, lyambliyoz), böyrəyin sidik kisəsinin iltihabi xəstəlikləri (tez-tez sidiyə getmələrdə), ümumi zəiflikdə (çay orqanizmi çox gümrahlaşdırır, müxtəlif mənşəli köpmələrdə, qaraciyər fermentəlirinin (ALT, AST, xolesterin, bilrubin yüksəkliyində və sair), öd qatılığında (ağızın acı olması) və revmatizmlərdə bu çayın içilməsi olduqca faydalıdır. Çayın heç bir ziyanı yoxdur, sadəcə istifadə zamanı fərdi olaraq kiməsə əlavə yan təsirləri və ya allergiya olarsa, qəbulu dayandırmaq lazımdır.

Fitoterapevt əlavə edib ki, bu faydalı qidanı 5 yaşdan aşağı uşaqlara vermək olmaz:

"Əgər vermək istəsəniz, hərəsindən 1 çay qaşığı 2 stəkan suda hazırlayıb 2 çay qaşığı bal qarışdıra bilərsiniz".