Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.
Onun sözlərinə görə, hazırda atasının müalicəsi evdə davam etdirilir: “Ağrıları azalıb. Özünü kifayət qədər yaxşı hiss edir. Yuxusu da normallaşıb. Sərbəst yeriyə bilməsə də, əvvəlki ilə müqayisədə çox yaxşıdır”, – deyə o əlavə edib.
İntizar İsmayıl göstərilən diqqətə görə Heydər Əliyev Fonduna və müalicənin aparıldığı xəstəxanaya təşəkkür edib.