Aktyorun ayağının amputasiyası ilə bağlı Klinikadan açıqlama - VİDEO

  • 2024.09.02 11:36
  • 2301 Baxış
Aktyorun ayağının amputasiyası ilə bağlı Klinikadan açıqlama -  VİDEO
***
09:42

Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.


Onun sözlərinə görə, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.


***
11:36


Məsələ ilə bağlı “Məlhəm” klinikasından Medicina.az –a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:


“Aktyor Əlvan Fərmanoğlu bizim klinikada pasiyent olub. Dəfələrlə müayinə olunub, müalicəsi həyata keçirilib. Onun keçirdiyi əməliyyat “Məlhəm” klinikasında olunmayıb”.


Aktyorun ayağının amputasiyası ilə bağlı Klinikadan açıqlama -  VİDEO