Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Melatonin istehsalını artıran 6 qida

  • 2024.07.17 23:31
  • 963 Baxış
Melatonin istehsalını artıran  6 qida
Tez yuxuya getməyə və yüksək keyfiyyətli yuxuya zəmanət verə biləcək heç bir pəhriz yoxdur. Bununla belə, gündəlik pəhrizinizə bəzi qidaları əlavə etmək yuxu keyfiyyətini yaxşılaşdıra bilər.

Medicina.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya dietoloq-terapevt Tatyana Solntseva deyib.

O, həmin qidaların bunlar olduğunu söyləyib:

“Pendir başda olmaqla, süd məhsulları; hinduşka əti, çərəzlər, dəniz məhsulları, albalı və kivi kifayət qədər böyük miqdarda əsas amin turşusu olan triptofan ehtiva edir. Məhz triptofan "yuxu və gənclik hormonu" - melatoninin sintezində əsas rol oynayır”.

Mütəxəssis bildirib ki, bəzi araşdırmalara görə, triptofan qəbulunun artırılması psixo-emosional və koqnitiv tənzimləmə təmin edir, antioksidant effekt verir. Həmçinin neyroprotektiv və stress əleyhinə təsirlər kimi rifah üçün bir sıra faydalar vəd edir.

“Melatoninin qocalmanı ləngidir və hüceyrə yenilənməsini stimullaşdırır. Yaş artdıqca orqanizmdə melatoninin sintezi azalır. Albalı, təbii albalı şirəsi və kivi çoxlu miqdarda vitamin və mineral ehtiva edir. İlk növbədə bunlar C və E vitaminləri, fol turşusu, həmçinin kalium, mis, silikon və maqneziumdur”, - deyə dietoloq diqqətə çatdırıb.

Onun fikrincə, maqnezium orqanizmin ümumi sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir, həmçinin sağlam yuxu rejimi ilə də əlaqəlidir.

“Albalı və albalı şirəsinin müntəzəm istehlakı yuxunun müddətini və keyfiyyətini artırmağa kömək edir.
Albalı yuxu hormonunun bitki analoqunu ehtiva edir. Bədənin sirkadiyalı ritmləri pozulduqda qida rasionuna albalı və albalı şirəsinin daxil edilməsi tövsiyə olunur. Məsələn, gecə işləyərkən və saat qurşağının dəyişdirilməsi zamanı yuxu problemlərini aradan qaldırmaq üçün bunu sınaqdan keçirmək olar”, - deyə həkim yekunlaşdırıb.


Aysel