Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəblilər xəstəxanalıq oldu - Kütləvi zəhərlənmə

  • 2019.12.20 14:42
  • 3486 Baxış
Məktəblilər xəstəxanalıq oldu -  Kütləvi zəhərlənmə
Türkiyənin Denizli bölgəsində yerləşən məktəbdə zəhərlənmə halı olub.

Medicina.az xəbər verir ki, hadisə nəticəsində kütləvi zəhərlənən 30 şagird xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır olaraq dəyərləndirilir. İlkin olaraq şagirdlərin qidadan zəhərləndiyi deyilir. Lakin zəhərlənməyə səbəb olan qidanın nə olduğu dəqiq bilinmir.

Türkiyə polis artıq araşdırmalara başlayıb. Qeyd edək ki, bundan əvvə Çorum vilayətində 100 məktəbli qidadan zəhərlənmişdi.