Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.
Medicina.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 103 məktəbli xəstəxanaya yerləşdirilib.
Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl, noyabrın 27-də Sakarya vilayətində 141 məktəbli zəhərlənmışdı.