Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Məktəblərdə yüzlərlə psixi xəstə şagird və müəllim var, hamısı yoxlanmalıdır"- Psixiatrdan ŞOK

  • 2022.10.05 13:36
  • 1912 Baxış
"Məktəblərdə yüzlərlə psixi xəstə şagird və müəllim var, hamısı yoxlanmalıdır" - Psixiatrdan ŞOK

Son zamanlar orta məktəblərdə və bağçalarda baş verən şiddət xarakterli davranışlar problemin hələ görünən tərəfidir.

Şagirdlər arasında aqressiya artıb, direktor və müəllimlər məsələyə müdaxilə edə bilmir, bir çox hallarda nəticə intiharla bitir.

"Medicina" xəbər verir ki, ötən gün məktəbdə 2 yuxarı sinif şagirdinin qalmaqallı videosundan sonra məktəblərdə psixoloji durumun çıxılmaz həddə çatdığını göstərir.

Məsələ ilə bağlı psixiatrik mövqeyini "medicina"az-a açıqlayan psixiatr həkim Abdulla Şıxlinski məktəblərdə kifayət qədər psixi problemli uşaq və müəllim olduğunu bildirib.

"Məlumdur ki, uşaqlar məktəbə tibbi arayışla qəbul olunur. Amma bu tibbi sənəd başdansovdu verilir, valideynlər onu pulla alır.

Uşaqda ağır psixi xəstəlik pozulma, hiperativlik, psixoz ola bilər. Elə uşaqlar var ətrafdan qıcıqlanır.

Xarici ölkələrin təcrübəsindən görmüşük ki, şagirdlər məktəbə silahla basqın edir. Bəzi uşaqlar acıqla qəsdən ətrafa nifrətindən bunu edir.

Valideyn bəzən bilir ki, uşağı psixi xəstədir, mülaicə də alır.
Amma məktəbə qoymaq üçün tibbi sənədi pulla düzəldib direktora aparır
Direktorun da başqa maraqları olduğundan bu kimi hallara göz yumur.
Bəzən təhsil müəssisələrinə də rüşvət verib uşağı götürürlər.

Əslində belə uşaqlar adi orta məktəblərdə oxuya bilməz, xüsusi məktəblərdə olmalıdır.
Direktorlar bizdə uşaqları məktəbə qəbul edəndə məktəbin psixoloqu ilə birgə test edirlər.

Bu testlər şəhər məktəblərində var. Bunlar qeyri-qanunidir. Heç bir direktorun ixtiyarı yoxdur ki,uşağı özü test edib, sonra məktəbə götürsün.

Burda da maraq var. Sonra valideyni çağırıb deyir ki, sənin uşağın testdən keçməyib, problemi var, ona görə uşağı məktəbə götürə bilmərik. Valideyn də məsələni rüşvətlə həll edir.

Nəticədə məktəblərə çox sayda psixi pozulması olan uşaqlar qəbul olub.
Əgər uşaq həkim psixiatr nüayinəsindən keçib sağlamdır yazılıbsa heç bir əlavə testə ehtiyac yoxdur, problem ondadır ki, psixiatrdan keçirmi?




Mən təklif edirəm ki, məktəblərdən psixoloqlar yığışdırılsın. Çünki onlar konkret iş görmək, təsir etmək qabiliyyətində deyillər.Ümumiyyətlə Azərbaycanda savadlı psixoloq yetişdirilmir.

Məktəblərdə psxoloq ştatı əvəzinə həkim psixiatr olmalıdır.
Yalnız psixiatr müəllim və uşaqların psixi vəziyyətinə rəy verə bilər.

Məktəblərdə ildə 2 dəfə bütün pedoqoji heyət və şagirdlər psixiatrik müayinələrdən keçirilməlidir.

Çünki bu gün yüzlərlə psixi xəstə müəllim, hətta direktor təlim tərbiyə təhsil sistemindədir.

Bağçalarda, məktəblərdə, ali məktəblərdə pxisi xəstə çoxdur.

Bunların qarşısını Təhsil Nazirliyi ala bilmir. Hər kəs ciddi yoxlanıb, sonra təhsil sisteminə buraxılmalıdır. Yoxsa bu millətin gələcəyini faciə gözləyir".

Aygün Musayeva