Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəblərdə kovid testinin götürülməsi təşkil olunmalıdır - Pediatrdan çağırış

  • 2021.10.27 17:09
  • 1827 Baxış
Məktəblərdə kovid  testinin götürülməsi təşkil olunmalıdır -  Pediatrdan çağırış
Hazırda uşaqlar arasında muxtəlif virus infeksiyaları sıx yayılıb. O cümlədən koronavirus infeksiyası. Biz nə edirik?Doldurulmalı olan boşluqlarımız hardadır?


Medicina.az xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə məktəblərdə şagirdlərin qorunması və epidemiyanın yayılmaması üçün çatışmazlıqları və təkliflərini paylaşıb.

“Tutaq ki, bir uşaq özünü pis hiss etdi və məktəbdən dərsə gəlməməsi tövsiyyə edildi. Hərarət olmasa isə hələ biləcək. Bəlkə kovid infeksiyası onda hərarətsiz keçir? Bu halda da o yoluxdurucudur.

Ona görə hər həftə məktəb daxilində yaxma götürülməlidir. Necə ki bu dövlət əhəmiyyətli yerlərdə edilirdi ( Vergilər Nazirliyi, DİN). Məktəblərdə siniflərin belə dalğavarı bağlanıb açılmasındansa, profilaktik tədbirlər düzgün qurulmalıdır. Hər gun hərarət ölçməkdənsə hər həftə yaxma götürülməsi vacibdir. Çunki hərarət olan gunu deyil, ondan bir neçə gun əvvəl artıq həmin uşaq virus daşıyıcıdır.

- hərarəti az olan ya olmayandan test göturulməməsi kimi mənasız yanaşma isə hələ də davam edir. Özəl klinikada isə yaxma çox bahadır. 60-70 manat. Praktik olaraq heç kimi göndərə bilmirəm. Dövlətdən gəlib yoxlasınlar deyəndə də valideyn fikri : "olmasa da var yazacaqlar" olur, ya da hərarəti yoxdursa lazim deyil deyəcəklər.


- xəstə olanda influenza uçun də (qripp A) yaxma götürülməsi lazımdır. Bu bizdə utopik görünsə də əhəmiyyətlidir.

- uşaqlar üçün analizlər özəl klinikalarda da çox güzəştli olmalıdır.

Uşağa qan umumi, crp analizi təyin etmək vacibdir.
Bu ən az 30 azn civarında edir. Hər valideyn edə bilmir. Elə tək imkanı olan xəstələnmir ki. Dövlətdə pulsuzdur deməyin. Zatən bu analizlər orda doğru duzgun edilmir. D-dimer lazım olsa umumiyyətlə yoxdur. Özəldə çox bahadır. Yaxınlarda klinikamızda bir 3 yaşlı uşaqda D-dimer 4000 üzəri rastlandı. Amma hər kəsə etmək olmur.nədənsə şubhə etsək belə. Nazirlik deyəcək ki, özəllərin qiymət işinə qarışmırıq. Onda dövlət mussisəsi lazımi avadanlıq, reaktiv və bunu edən personal ilə təmin olunsun. Belə analizlər dövlət xəstəxanasında yatan xəstəyə edilir. Ya deyiləcək sığorta ilə gəl. Onun da nəticəsi bəlli. Və bölgələrdə xəstəxanalar bu barədə umumiyyətlə çarəsizdir.

- Uşaqlar uçun dərmanlar pulsuz olmalıdır. Xəstəxanaların dediyinə görə dövlət Kroven verir amma çatmır. Bəlkə çatmağa imkan verməyənlər var. Qara bazarda satdırıb, pulunu haramlıqla yeyənlər. Bilmək olmaz. Amma bilin ki, dövlət "Kroven" i ( immunoqlobulin) xəstəxanalara verir. Amma bizdə yoxdur deyənlər də var. Belə olanda valideyn 100 - 130 manata almalı olur. İmmunoqlobulin virus ağırlaşmasında təyin olunur. Yaxşı da kömək edir. Kasıb pulu tapmasa necə olacaq bilmirik.

- 12 yaş üzəri peyvəndləməyə çağırışdan öncə bu kimi problemlər həll edilməlidir.