Ötən gün ərzində Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxmuş bir şagird və bir heyət üzvü aşkar edilib.
Medicina.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, həmin şəxsin heç biri məktəbdə olmayıb:
“İki şagirdin isə hərarəti yüksək olub. Eyni zamanda, Gəncə şəhərində ötən gün 1 şagirdin yüksək hərarəti olub, COVID-19 virusuna yoluxma halı baş verməyib”.
Qurumdan qeyd edilib ki, Şəki şəhəri və Abşeron rayonunda ötən gün ərzində yüksək hərarəti olan şagird və ya heyət aşkarlanmayıb:
“COVID-19 virusuna yoluxma halı olmayıb. Qeyd edək ki, hərarəti yüksək olan şəxslər təhsil müəssisəsinə buraxılmayıb və barələrində yerli poliklinikalara məlumat verilib”.
Qeyd edək ki, ötən gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.
restoranlarda ve barlarda son veziyyet Bu xestelik ancaq mektebdedi&