Koronavirus xəstəliyi ilə əlaqədar təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.
Medicina.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.