Orta məktəblərdə xüsusən aşağı siniflərdə dərslər 9-da başlamalıdır.
"Medicina" xəbər verir ki, yeni elmi araşdırnada alimlər şagirdlər üçün dərs saatının faydalı vaxtını araşdırıb.
Onlar sübut edib ki, məktəblərdə səhər erkən dərslərin başlaması uşaq orqanizmi və beyni üçün uyğun deyil.
Uşaqların 70%-i yuxudan tam doymur və dəsr materialını mənimsəyə bilmir.
Pandemiya vaxtı bir çox ölkələr onlayn təhsilə keçdi.
Bu dövrdə bəzi ölkələrdə dərslər məktəbdə olduğu kimi səhər tezdən yox günorta saatlarında keçilirdi.
Alimlər bu fərqi təhlil edərək bildirib ki, şagirdlərin distansion təhsil vaxtı materialı qavraması daha yüksək olub.
Səhər 8-də beyin bir qədər tormozlanmış olur. O, saat 10-dan sonra yeni nəyəsə hazır olur.
Alimlər bütün amilləri nəzərə alaraq dərslərin 8-də yox, daha gec başlamasını tövsiyə edir.
Aygün Musayeva