Məktəblilərdə dəsrlər başlayan kimi başlayan və ya varsa aktivləşən problemlər açıqlanıb.
"Medicina" xəbər verir ki, həkim Yekaterina Demyanikova daha çox onurğa və görmə pozulmalarının olduğunu açıqlayıb.
"Şagirdlərdə skolioz aktivləşir, onların sinir sistemi yüklənir, nevrozluq artır, gözlərində problemlər yaranır.
Məktəbə qəbul zamanı uşaqlar tibbi müayinədən keçirilir, amma bu o demək deyil ki, sonra onların sağlamlığı yaddan çıxmalıdır.
Fiziki və psixoloji yüklənmə orqanizmdə həssas yerlərə təsir edir.
Qarşıdan payız-qış gəlir, bu dövr uşaq immuniteti üçün sınaq dövrüdür.
Uşaqlar 6 aydan bir oftalmoloq, travmatoloq, nevroloq və psixoloq müayinəsində olmalıdır.
Xüsusən eynək vaxtında təyin edilməlidir".
Aygün Musayeva