Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Şagird “məşğələyə gecikirəm” deyib və ikinci mərtəbədən atlayaraq məktəbdən qaçmaq istəyib.
Ancaq bu əməli ona baha başa gəlib.
Məsələdən xəbər tutan müəllimlər hadisə zamanı xəsarət alan 10-cu sinif şagirdini dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Bakupost.az xəbər verir ki, Abşeron rayon Təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Tahirova “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, hadisə saat 12 radələrində baş verib. Sözügedən şagird müəllimlərin gözündən yayınaraq ikinci mərtəbədən qaçmağa cəhd göstərib.
Məktəbdən isə bildirildi ki, şagirdlərin dərsdən yayınmamaları üçün məktəbdə nəzarət gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.