Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəbdə uşağınızı koronavirusdan necə qorumalısınız? - MƏSLƏHƏTLƏR

  • 2021.03.02 14:07
  • 1266 Baxış
Məktəbdə uşağınızı koronavirusdan necə qorumalısınız? -  MƏSLƏHƏTLƏR

Koronavirusdan qorunma yollarını uşaqlara səbr və diqqətlə başa salmaq lazımdır.

Medicina.az xəbər verir ki, uşqlarınızı məktəbə göndərməkdən qorxmaq yerinə, ən önəmlisi tədbir almaqdır. Əvvəlcə valideyn olaraq uşaqlara örnək olmaq lazımdır. Onları qorxutmadan nələr etməli olduqlarını düzgün bir şəkildə başa salınmalıdır. Əgər kiçik yaşlıdırsa, oyun şəklində anlatmağa çalışın.

El yumağın və sosial məsafənin önəmi

Uşaqlara düzgün şəkildə əllərini necə yumalı olduqlarını göstərin. Su və sabunla 20 saniyə boyunca əllərini yumağı öyrədin. Suyun olmadığı zamanlarda əl dezenfeksiyası kimi seçimlərdən istifadə edin. Uşağınızın çantasında mütləq əlavə maska, əl dezenfeksiyası və yaş dəsmal olmalıdır. Kirli əllərini ağızlarına, burunlarına və ya gözlərinə toxundurmamalı olduqlarını öyrədin. Asqırma və öskürmə əsnasında kağız dəsmaldan istifadə edildiyini, dəsmal yoxdursa, qollarının iç hissəsinə asqırmalarını, öskürmələrini deyin. Dərslər başlamazdan əvvəl sıranı yaş dəsmalla silmələrini təmbehləyin. Ehtiyac olmadıqda heç bir yerə toxunmamalıdırlar. Səbəb nə olursa-olsun, kimləsə qucaqlaşma və ya öpüşməməsini tez-tez vurğulayın. “Məktəbdə maskanı əsla çıxarma”, “maskaya toxunmamağa çalış” və “sosial məsafəyə diqqət et” deyə xəbərdarlıq edin.

İmmun sistemini gücləndirin

Koronavirus və digər xəstəlikdən qorunmağın önəmli yollarından biri də güclü immun sistemidir. Sağlam qidalanma, açıq havada idman və yuxu uşaqların immunitetini gücləndirməyə kömək edər. Bol-bol maye qəbul etmələrinə fikir verin.