Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəb dövründə uşaqların görmə qabiliyyətini qorumaq üçün məsləhətlər

  • 2017.08.10 13:37
  • 13795 Baxış
Məktəb dövründə uşaqların görmə qabiliyyətini qorumaq üçün  məsləhətlər
Gözlər,bizə bütün dünyanı göstərən çox önəmli orqandır.



Onlara qayğı göstərmək mütləqdir. Lakin müasir dövrün tələbləri,  hər gün yenilənən texnika gözlərə çox ziyanlı olaraq, görmə qabiliyyətinə təsir edir.


Xüsusən də bu uşaqlara aiddir ki, balaca yaşlarından televizor, mobil telefon, planşet və  kompyuterin təsirnə məruz qalaraq, vaxtından əvvəl  görmə qabilliyətinin pisləşməsi  kimi problemlərin yaranmasını müşahidə edirik.  Məktəb periodu isə, uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki  bu periodda, gözlər çox yüklənir. Bu məqalədə sizə uşaqların məktəb periodunda görmə qabiliyyətinin qorunması üçün bir neçə xeyirli məsləhəti təqdim edirik:


- Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu , dərs etmə perioduna aid edilir.


- Uşağınız məktəbədən  gələndən həmən sonra, onu dərs etməyəm məcbur etməyin.  1-2 saat ərzində istirahət etməsini təmin edin.


- Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür.Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər.


- Uşağınızın dərs etdikdə masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, o, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə deffektinin artmasına səbəb olur.


- Dərs etdiyi məkana gəldikdə, məkan bərabər ölçüdə işılı olmalıdır. Təbii işığın olması vacibdir. Lakin, qış axşamlarında elektik işıqla bərabər stolüstü çıraqdan istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır ki, otağın ümummi işığı ilə kontrast yaratmasın.


- Problemlərin əsasından sayılan - televizor. Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.


- Dövrün ən əsas problemi - kompyuter. Uşaqlar  kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.


- Qida rasionuna xüsusi diqqət yetirin. Çalışın A vitamini olan məhsullara üstünlük verin.


- Uşağınızın görmə qabiliyyətində hər hansı deffekt varsa, sinif müəlliməsinə xəbər verin ki, hansı masa arxasında oturmasının tənzimləyə bilsin.


- Gözlər üçün məşğələləri də unutmayın, onlar görmə qabiliyyətinə müsbət təsir göstərə bilərlər.


Sonda isə ən əsas məsləhətimiz odur ki, uşağınızın görmə qabilliyyətində hər hansı dəyişiklik gördükdə, mütləq olaraq oftalmoloqa(göz həkiminə) müraciət edin!