Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məhşurlarımız mötəbər tədbir üçün bir arada - VİDEO

  • 2020.04.16 11:17
  • 2342 Baxış

Bu gün Dünya Səs Günüdür.

2002-ci ildən etibarən 16 Aprel Dünya Səs günü kimi qeyd olunur.


Bu münasibətlə müxtəlif ölkələrdə səsin önəmi, insan həyatındakı yeri, professional səs, problemləri və həll yolları haqda bir çox tədbirlər keçirilir. Bu tədbirlər www.world-voice-day.org platformasında elan olunur və paylaşılır.

Azərbaycan 6 ildir ki, bu beynəlxalq platformaya qoşulub. Bu məqsədlə ölkəmizdə hər il seminarlar, konfranslar, konsertlər, TV-radio verlişləri və s. ilə səs, onun insan həyatındakı önəmi, səs problemlərinin müayinə və müalicəsi haqda məlumatlar verilir.

Dünya Səs Günü Azərbaycan milli koordinatoru komandası bu il karantin vəziyyəti ilə bağlı toplu tədbirlər keçirə bilməyib. Buna görə də komanda tanınmış səs professionallarımızın bu günə həsr olunmuş təbriklərinin yer aldığı qısa video müraciətlər yayıb və bu müraciətlərin əsasında hazırlanan qısa 16 Aprel təbrik videosu hazırlayıb.

Dünya Səs Günü münasibətilə hər birinizi təbrik edirik! Səsiniz İmzanızdır!


Hörmətlə, Dosent Ramil Həşimli,

Dünya Səs Günü Azərbaycan milli koordinatoru.

Ə.Əliyev adına ADHTİ Otorinolarinqologiya kafedrasının dosenti,

VoiceDr Clinic rəhbəri