Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mehriban və qayğıkeş həkimin xəstəsi tez sağalır – Xüsusi eksperiment

  • 2019.11.20 15:35
  • 4441 Baxış
 Mehriban və qayğıkeş həkimin xəstəsi tez sağalır –  Xüsusi eksperiment
Amerikanın Cooper Universitetinin bir qrup alimi həkim və pasiyentlərin münasibətlərinə aid araşdırmalarının nəticələrini təqdim edib.


Medicina.az xəbər verir ki, alimlər bildirib ki, tibb işçisi və həkimin davranışı, xəstəyə münasibəti, insani keyfiyyətləri birbaşa müalicəyə təsir edir. Sübut olunub ki, xəstəsinə qayğı, xüsusi diqqət və mərhəmətlə yanaşan həkimlərin pasiyenti müalicəyə inanır, həkimin məsuliyyətli olduğunu görüb rahat olur. 

Xüsusən cərrahi əməliyyatdan öncə və günü həkim və tibb bacılarının pasiyentə sakitləşdirici münasibəti, xoş əhval ruhiyyə yaratması sedativ effekt verir, narkoz və əməliyyatın uğurlu alınmasına təsir göstərir.


Müalicə edən həkimin xəstənin halına yanması, onu başa düşməsi və bəzi psixoloji məqamlarda dəstəyi nəinki xəstəyə, elə tibb personalının özünə də müsbət təsir edir. Onlar pasiyent tərəfindən az aqressiya ilə üzləşir, işdə çətinlikləri olmur,xəstələr tez sağalır, bütün işləri rahat gedir. 


Professor Massarelli pasiyentin özünü rahat hiss etməsi üçün müalicə həkiminə bəzi qaydaları təqdim edir:


-Tibb işçisi pasiyentlə söhbət zamanı ayaq üstə durmamalıdır, əyləşməlidir, tələsməməlidir

-Həkim pasiyentlə göz kontaktı qurmalıdır, baxışlarını qaçırmamalıdır

-O, təkcə tibbi baxımdan yox, emosional və psixoloji sağlamlıq barədə düşünməli, xəstəyə minimum psixoloji stress yaşatmalıdır


Xəstə danışarkən, dərdini bölüşərkən onun sözünü kəsmək və özünü məşğul, tələsən göstərmək həkimlik etikasına yaraşmır və belə həkimlərin xəstələri gec sağalır.

 

  Xəstəni cəmi 3 dəqiqə dinləmək kifayətdir ki, o sakitləşsin. Statistika isə göstərir ki, həkimlər xəstənin sözünü hər 12 saniyədən bir kəsir.