Heydər Əliyev Fondu meyxana ustası Ağa Kərim Novruzovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.
Medicina.az-ın məlumatına görə, meyxanaçının ailəsi maddi vəziyyəti ilə əlaqədar Ağa Kərimin müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.
Bununla əlaqədar Heydər Əliyev Fondu meyxana ustasının səhhəti ilə bağlı vəziyyəti araşdıraraq ona dəstək göstəriləcəyini bildirib.