Türkiyənin məşhur aparıcısı Mehmet Eli Erbil uzun müddətdir əziyyət çəkdiyi, aylarla xəstəxanada yatmağa məcbur olduğu xəstəliyi səbəbindən yenidən reanimasiyaya qaldırıldı. Normal həyatından məhrum olan sənətçinin xəstəliyi tibdə nadir rast gəlinən "Kaçış sindromu”dur. Amma Türkiyədə indi onu Mehmet Erbilin sindromu kimi tanıyırlar.
Medicina.az tam müalicəsi hələ mümkün olmayan bu sindromu təqdim edir. Damarlarda həddən artıq genişlənmə, böyümə və ya kiçilmə ilə başlayan xəstəlik müasir tibdə hələ də araşdırılan, nə səbəbi, nə müalicəsi bilinməyən bir sindromdur.
Xəstəlik zamanı damarların xaricinə protein, mineral və maye keçir.
İri arteriyalarda olan elementlərin səbəbsizcə sürətlə damarın xaricinə, ordan da bir çox orqanların ətrafına yayılması nəticəsində vücudun bəzi yerlərində şişkinliklər yaranır, xəstənin təzyiqi qəfil çox aşağı düşür, ciddi kriz, atak və şok keçirir. Əgər təcili reanimasiyaya yerləşdirilməzsə, ölümə səbəb olur.
Qaçış sindromunun əlamətləri:
Diaqnoz qoyulana qədər illər boyu heç bir əlamət verməz, xəstə heç bir ağrı hiss etmir, amma davamlı kəskin ataklar, vəziyyətin pis olması, bədəndə şişkinliklər nəticəsində xəstəlik üzə çıxır.
Bu xəstəlikdə atak tutmaları ayda 1-2 dəfə, eləcə də 5-6 aydan bir, hətta bir neçə ildən bir də ola bilir.
Təkrarlanan şokdan 24 saat öncə xəstə qripə bənzər əlamətlər hiss edir. Qızdırma, yorğunluq, əzələ, sümük ağrısı, titrətmə.
-Təzyiq aşağı düşür
-Qan laxtalanır
-Başgicəllənmə
-Qarında ağrılar
-Bədəndə şişkinliklər
-Bağırsaqlarda ödem
-Ayaqların şişməsi
-Qusma
-ŞOK
Bu xəstələrdə ürək və ağciyər orqanları ətrafına su sızdığı üçün ürək çatışmamazlığı da baş verir.
.