Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məhəmmədi modulda daha bir uşaq qızılcadan öldü

  • 2024.02.01 17:07
  • 1442 Baxış
Məhəmmədi modulda daha bir uşaq    qızılcadan öldü

Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Təhsil ocağından bildirilib ki, şagird bir neçə gün öncə vəfat edib:

“Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib: “2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardımla Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.

Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib.

Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur.