Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məhəmmədi modul xəstəxanası qızılcalı uşaqlarla doludur - Rəsmi stastistika niyə gizlədilir?

  • 2024.01.19 14:53
  • 3472 Baxış
Məhəmmədi modul xəstəxanası qızılcalı uşaqlarla doludur  - Rəsmi stastistika niyə gizlədilir?

Artıq 2 aydan çoxdur ki, Azərbaycanın bölgələri və Bakıda qızılca sürətlə yayılmaqdadır. Bu müddətdə 15-ə yaxın uşaq və gənc vəfat edib.

Bakupost.az xəbər verir ki, hələ dekabrdan kovid vaxtı açılan və sonradan bağlanan modul tipli xəstəxanaların qızılca səbəbindən açılması barədə məlumat daxil olmuşdu.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərsək də sual cavabsız qaldı.

Artıq sosial şəbəkələrdə onlarla valideyn uşağının Məhəmmədi modulda müalicə aldığını yazır.
Dünən əldə etdiyimiz məlumata görə, modul tipli xəstəxana xəstələrlə doludur.

Ötən həftə də redaksiyamıza müraciət edən bir xanım uşağı təcili yardımla Məhəmmədi modul xəstəxanasına aparılmasını xahiş etmişdi, lakin uşaq ağır olmadığı üçün evdə saxlanıldı və sonradan məsələnin necə həll edildiyi barədə məlumatımız olmadı.

Məhəmmədiyə təkcə Bakıdan yox, bölgələrdən də qızılcalı uşaqlar gətirilə bilir.

Aygün M