AMEA bu qurumun rəhbəri Ramiz Mehdiyevin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.
Qurumdan "
Medicina.az -a daxil olan məlumatda bildirilir ki, bəzi informasiya saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyevin guya səhhətində problemlərin yaranması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
AMEA Rəyasət Heyətinin mətbuat xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır.