Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Medicina.az-dan yeni layihə - Pulsuz psixoloq konsultasiyası

  • 2020.07.11 00:00
  • 17213 Baxış
 Medicina.az-dan yeni layihə  - Pulsuz psixoloq konsultasiyası

Azərbaycanın ən geniş profilli tibbi saytı medicina.az koronavirus pandemiyası dövründə maarifləndirici missiyanı üzərinə götürərək, minlərlə insanın informasiya mənbəyinə çevrilib.


Artıq bir çox mənbələr və araşdırmalar pandemiyanın il boyu qüvvədə qalacağını, lakin karantin tədbirlərinin mayın sonundan etibarən aradan qalxacağını bildirir. Koronavirus hələ bir müddət aramızda olacaq və biz pandemiya dövrünü yaşamalıyıq.
Bunları nəzərə alaraq, saytımızda “həkimə sual” onlayn xidmətində daha bir yenilik etdik. Medicina.az-da pulsuz onlayn psixoloq dəstəyinə başlayırıq.

Bunun üçün medicina.az-saytına daxil olub, sual pəncərəsinə "Psixoloqa sualım var" yazmağınız kifayətdir.
Sabahdan etibarən günün ikinci yarısı (saat 18:00-22:00) kliniki psixoloq Fərqanə Nəcəfova həm uşaqlar, həm də böyüklərin psixoloji durumu ilə bağlı istənilən sualınıza cavab verəcək.

Onlayn sual-cavabda oxucunun kimliyi anonimdir, psixoloq kiminlə danışdığını görmür. Sadəcə sualınızı verib, məsləhətinizi alın.

Koronavirus stressindən bizimlə xilas olun.

Onlayn psixoloji dəstək “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində təşkil edilib.