Bakıda
özəl klinikanın səhvi körpə uşağın həyatını əzaba çevirib.
"Medi Lux”
klinikasında 2017-ci il mayın 4-də dünyaya gələn Nəsrin Qurbanlı peyvənd olunan
zaman dərialtı vərəm xəstəliyinə yoluxdurulub.
Medicina.az criminal.az-a istinadən bildirir ki, Uşağın atası Cəsarət Qurbanov bildirib
ki, qızı doğulan zaman sağlam olub: "Peyvənd ediləndə qızı hələ də sağalda bilmədiyi
virusa yoluxdurulub”.
C.Qurbanov
deyir ki, 2 ildir ölkənin dövlət və özəl xəstəxanalarına müraciət etsə də,
uşağın dərdinə əlac edən tapılmayıb: "Nəsrinin iki yaşı var, artıq 4 ağır əməliyyat
keçirib. Qızım gözümün qabağında əriyib gedir, ağrılardan əziyyət çəkir. Bədənini
müxtəlif yerlərində irinləmələr baş verir, sonra partlayır. İltihab daxili
orqanlarına da yayılır. Uşağın müalicəsi üçün 40 min manatadək vəsait xərclənib.
İrana, Türkiyəyə belə aparmışam. Hələlik ümidverici nəticə yoxdur”.
"Həkimlər
deyir ki, Nəsrinin müalicəsinə lazım olan dərman yalnız Almaniyadadır. Dərmanın
bir qutusunun qiyməti 2000 min manatdır. Artıq imkanım tükənib. Birinci
vitse-prezident Mehriban Əliyevaya üz tutaraq ondan kömək istəyirəm. Xahiş edirəm
qızımın şəfa tapması üçün lazım olan dərmanın gətirilməsinə köməklik etsin.
Mehriban xanım, bir valideyn kimi, qızımın müalicisini öz nəzarətinizə götürməyinizi
sizdən xahiş edirəm”- deyə C.Qurbanov vurğulayıb.